BİZNES

21 Oktyabr

Almaniyada şərab istehsalı 2025-ci ildə 5% arta bilər.

Finss.az xəbər verir ki, Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, 20 sentyabr tarixinə olan üzüm yığımı məlumatlarına əsasən, Almaniyada 2025-ci ilin sonuna qədər şərab və üzüm istehsalı təxminən 8,2 milyon hektolitre çata bilər.

Bu, 2024-cü il göstəricisindən (7,8 milyon hektolitr) 5% artım deməkdir.

Ötən il əlverişsiz hava şəraiti, o cümlədən gec şaxtalar və güclü yağıntılar səbəbindən ölkədə şərab istehsalı aşağı olub. Bu, 2018-2023-cü illər üçün orta həcmdən 12% (8,9 milyon hektolitr) aşağı olmuşdur.